» » “Namus-qeyrətlə gəlin köçmək gözəl hissdi”-

“Namus-qeyrətlə gəlin köçmək gözəl hissdi”- Günel

Bölmə: Şou, BLOK XƏBƏR
“Namus-qeyrətlə gəlin köçmək gözəl hissdi”-
Günel Zeynalova “Starlife”da toy hazırlıqlarından danışıb.


“Qafqazinfo” gecce.az-a istinadən xəbər verir ki, uzun müddətdir ki, nişanlı qalan Günelin ayrıldığı barədə şaiyələr yayılıb. Etdiyi açıqlaması ilə bu dedi-qoduların qarşısını almağa çalışan ifaçı, toy planlarından söhbət açmağı unutmayıb.

“Deyirlər ki, bu qədər nişanlı qalmaq olar? Təbii ki, olmaz. Bəzi işlərimiz vardı. Bunları yerbəyer etmək lazım idi. Hop deyən kimi toy olmur ki? Toy etmək üçün uzun müddət lazımdır. Amma hər şey yolundadır. Allah qismət eləsin. İnşallah”.

Toyun tarixi yaxınlaşan Azəri qızı adət-ənənəyə uyğun olaraq, indidən cehiz alış-verişinə də çıxıb. Toyunda açıq geyinmək istəməyən sənətçi gəlinlik seçimində hələ də tərəddüd etdiyini söyləyib.

“Cehizlər yığılıb. Heç qoymağa yer tapa bilmirəm. Namus-qeyrətlə gəlin köçmək gözəl bir hissdir. Bu mənim üçün çox önəmlidir. İnşallah Allah o şəkildə evimdən çıxmağı nəsib etsin. Bir xanım öz dəyərini çox yaxşı bilməlidir.

Gəlin donumu tikdirmək istəyirəm. Sadə bir şey axtarıram. Çox daş-qaş olmayacaq. Baxdıqlarım ya çox açıqdırlar, ya da çox bağlı. Orta səviyyədə bir şey istəyirəm. Toyda iki paltar geyinəcəm. Yəqin ki, birini tikdirəcəm, birini alacam”.

Qeyd edək ki,Günel Zeynalova Türkiyə vətəndaşı İnanc Başəyməzlə üç ildir nişanlıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler