» » Tolikin ad günündə baş verənlər -

Tolikin ad günündə baş verənlər - Fotolar

Bölmə: Şou
Tolikin ad günündə baş verənlər -
Ötən gün məşhur prodüser Tarix Əliyev (Tolik) ad gününü qeyd edib. “Xalqinfo” xəbər verir ki, Tolikin restoranların birində baş tutan özəl gününə şou-biznesin tanınmış simaları qatılıb.

Onlar prodüserin 38 yaşının tamam olması münasibəti ilə bir daha təbrik ediblər.

Gecədə müğənnilər Elton Hüseynəliyev, Natavan Həbibi, Abbas Bağırov, Günay İbrahimli, Nigar Camal, Səmra Rəhimli, Ədalət Şükürov, aparıcılar Afaq Gəncəli, Nərgiz Vahabqızı, Hacı Nuran Hüseynov, Cavid Gül, Samir Bayramlı, prodüser Təranə Səmədova, aktrisalar Vəfa Zeynallı, Pərvin Abıyeva və başqaları yer alıblar. Şou əhli ad günündə maraqlı anlar yaşayıblar.

Tolik məclisdən öncə jurnalistlərin suallarını cavablandırıb.

Prodüser ad günündə atasının arzusunda söz açıb “Atam mənə zəng vurub dedi ki, arzum budur, gəlin il qucağımda nəvəm olsun. Bunu yalandan nəyinsə xatirinə edə bilmirəm. İstəyirəm ki, qızım olsun. Adını Ruhi qoymaq niyyətindəyəm. Ruhi Əliyeva həyatımda önəmli bir rol oynayır. Mən bir onun sözüylə hansısa müğənninin üstündən xətt çəkə bilərəm. Bundan əvvəl, ilk təbrik edənlər anam, bacım, Aygün Kazımova, Ruhi Əliyeva olub. Röya isə iki gün bundan əvvəl təbrik edib”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler