» » Kənanı çıxarmaq istəyən daha bir iştirakçı “Maşın”la vidalaşdı

Kənanı çıxarmaq istəyən daha bir iştirakçı “Maşın”la vidalaşdı

Bölmə: Şou
Kənanı çıxarmaq istəyən daha bir iştirakçı “Maşın”la vidalaşdı
Əməkdar artist Murad Dadaşovun təqdimatında ATV telekanalında “Qarşıdurma” şüarı ilə yayımlanan “Maşın” şounu tərk edən növbəti məşhurun adı məlum olub.

Xalqinfo.az xəbər verir ki, verilişin qaydalarına görə, iştirakçılar müğənni Cavad Rəcəbovu SMS səsverməsinə çıxarıblar.

O, səs topladığı təqdirdə rejissor Kənan Mahmudovu oyundan uzaqlaşdıracağını bildirib.

Sonda tamaşaçıların səsverməsi ilə C.Rəcəbov 38,82% səs toplayaraq özü verilişi tərk etməli olub.

Qeyd edək ki, sabah veriliş axşam saat 23:00-da efirə çıxacaq.

Hazırda şouda mübarizəni aktrisa Pərvin Abıyeva, aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Səidə Sultan, rejissorlar Aqil M.Quliyev, Kənan M.M., aparıcı Azər Zahid, jurnalist Vüqar Vüqarlı, rejissor-aktyor Sərxan Kərəmoğlu, aktrisa-rəqqasə Oksana Rəsulova davam etdirir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler