» » Elmir Məhərrəmov xəstəxanaya yerləşdirilib

Elmir Məhərrəmov xəstəxanaya yerləşdirilib

Bölmə: Şou
Elmir Məhərrəmov xəstəxanaya yerləşdirilib
“Dəyirman” qrupunun eks-solisti Elmir Məhərrəmov xəstəxanaya yerləşdirilib.

Xalqinfo.az Qafqazinfo-ya istinadla xəbər verir ki, reper Xüsusi Müalicə Sağlamlıq Kompleksində müalicə alır.

Elmir hətta ötən günü anası ilə bağlı paylaşdığı statusda vəziyyətinin ağır olduğunu bildirib:

“Həkimlərim deyir ki, yaşayacağam, amma müalicə almalıyam. Mənə yaxşı baxırlar. Yaxınlarım, qohumlarıma təşəkkür edirəm. Ancaq bir şeydən xilas ola bilmirəm: Anamla xəstəxanalarda keçirdiyim zaman üçün darıxıram”.

Xəstəxanadan verilən məlumata görə, Məhərrəmovun müalicəsi davam edir, vəziyyəti ortadır.

Lakin onlar Elmirin hansı xəstəlikdən müalicə almağı barədə verilən sualı cavabsız qoyublar.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler