Bu gün “Eurovision - 2017”-nin finalıdırBölmə: Şou
Bu gün Kiyevdə “Eurovision - 2017” mahnı müsabiqəsinin finalı keçiriləcək. Xalqinfo.az məlumatına görə, finalda 26 ölkənin təmsilçisi mübarizə aparacaq. Azərbaycanı müsabiqədə təmsil edən Diana Hacıyeva “Skeletons” mahnısı ilə 12-ci sırada çıxış edəcək. Bəstənin müəllifləri İsa Məlikov və Sandra Byormandır. Final şousu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Finalda iştirakçı ölkələrin tamaşaçıları öz təmsilçiləri istisna olmaqla iştirakçılara səs verə bilərlər. Keçən ildən səslərin hesablanması qaydaları dəyişdirilib. Münsiflər və televiziya tamaşaçıları müsabiqə iştirakçılarına ayrı-ayrılıqda səs verirlər. Nəticələr elan olunduqda əvvəlcə münsiflərin balları açıqlanacaq. Bundan sonra aparıcılar tamaşaçıların səsverməsinin nəticələrini elan edəcəklər. Qeyd edək ki, bu il müsabiqədə rekord sayda - 42 ölkə iştirak edib. Bu sayda ölkə bundan 5 il əvvəl Azərbaycanda keçirilən “Eurovision - 2012” mahnı müsabiqəsinə qatılmışdı. Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|