Ərəb ölkələrini fəth edən Bərgüzar Korel indi də Hindistanda - FotolarBölmə: Şou
Ərəb ölkələrində çox sevilən Bergüzar Korel indi də milyonlarla tamaşaçısı olan Hind kino sənayesinə qatılacaq. Xalqinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Tamil” film sənayesi Bergüzar Koreli baş rolda çəkilməyə dəvət edib. Ərəb ölkələrində çox sevilən aktrisa Kollivudun ən məşhur ulduzu Nikeş Ram ilə kamera qarşısına keçəcək. “Deccan Chronicle” qəzetinin xəbərinə görə, filmin böyük hissəsi Dubayda, bəzi səhnələri isə Burc Xəlifə qülləsində çəkiləcək. Kollivudun məşhur rejissoru Frensis Markus filmdə baş rolda Bergüzar Koreli çəkilməyə dəvət etməsini belə izah edib: "Ssenariyə görə iş tapmaq üçün Dubaya gedən qəhrəmanımız burada Tamil mədəniyyətinə maraq göstərən bir ərəb qadına aşiq olur. Bu rola uyğun bir qadın axtarışında idik. Həmin vaxt Bergüzar Korelin ərəblərin sorğusunda 1-ci seçildiyi xəbərini oxuduq. Bizim üçün mükəmməl seçim olacağını düşündük". |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|