» » Aşıq Azər həyatını itirə bilər

Aşıq Azər həyatını itirə bilər

Bölmə: Şou
Aşıq Azər həyatını itirə bilər
Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən aşıq Azər Xanlaroğlunun səhhəti yenidən pisləşib. Bu səbəbdən o, təcili əməliyyat olunmaq üçün Türkiyəyə yola düşüb.

Lakin aşığın əməliyyat olunmağa maddi durumu imkan vermir. Onun ilk əməliyyatı üçün 15 min dollar lazımdır. Azər Xanlaroğluna yardım üçün artıq sosial şəbəkədə yardım kampaniyası başladılıb.

Xalqinfo.az xəbər verir ki, şair Ehtiram İlham sosial şəbəkədə kampaniya haqda məlumat yayıb və imkanlı şəxslərdən yardım istəyib:

“Aşıq Azər Xanlaroğlu səhhətindəki problemlər ilə bağlı bir neçə gündür ki, Türkiyədədir. Təcili əməliyyat olunmalıdır. Əməliyyat olunmasa, nəinki ayağını, həyatını itirə bilər. Ona görə də biz dostları sosial şəbəkədə həyəcan təbilli çalırıq və ona yardım üçün kampaniyaya başlamışıq. Kampaniyamıza qoşulanlar olsa da, sayları çox azdır. Ötən hər gün Azərin ömründən gedir, bu da bizi narahat edir.

Azər Xanlaroğlu təkidlə imkanı olan hər kəsdən ona kömək etməyi xahiş edir. Çünki ilkin əməliyyat üçün 15 min dollar lazımdır. Azərin isə buna imkanı çatmır. Əməliyyat üçün lazım olan məbləği əldə etmək üçün Azər həm özünün köhnə “Lexus” avtomobilini, həm də atasından yadigar qalan evi satmaq fikrindədir. Azər imkanı olanlardan acizanə surətdə heç olmasa bu işdə ona yardım etmələrini xahiş etdi. Həmçinin, ediləcək yardımın artıqlaması ilə qaytarılacağını çatdırmağımızı istədi.

Gözəl bir sənətkarın, qeyrətli bir vətən oğlunun və əziz bir dostun tək xahişi bunlar oldu .
Azərin həyatı hamımızın əlindədir. Köməyinizi əsirgəməyin”.

Qeyd edək ki, mərhum Aşıq Xanların oğlu, 33 yaşlı aşıq Azər 3 ildir hepatit xəstəliyindən əziyyət çəkir. Onun ayağında şiş – fil xəstəliyi var. Eyni zamanda aşığın qaraciyəri dəyişdirilməlidir.
Aşıq Azər üçün hesab nömrəsi açılıb. Ona yardım etmək istəyən şəxslər üçün həmin hesab nömrəsini təqdim edirik:

IBAN Numaram:
TR960004601409001000008657
Hesab Numaram: 1409-0008657
Swift kod: AKBKTRIS
Soyad Ad: Yusifli Inci
Bank: Akbank

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler