» » Xumar Zaurla küsülü imiş:

Xumar Zaurla küsülü imiş: "Bir il məni danışdırmadı"

Bölmə: Şou
Xumar Zaurla küsülü imiş:
"Xəzər" TV-də yayımlanan “5/5” verilişinin bayram buraxılışının qonağı əməkdar artist Xumar Qədimova olub.

Xalqinfo.az-ın məlumatına görə, proqramın aparıcısı Zaur Kamal X.Qədimovanın bir il onla küsülü qaldığını açıqlayıb:

“Özü də küsdüsə, qurtardı. Oğul ona deyirəm, nazını çəkə bilsin. Xumar xanım iki böyük sənətkarımız - Rövşən Behcət və Kamandar İbrahimovu mənə tanıdıb sevdirdi. Məndən rica etdi ki, onları “Ay Zaur” verilişinə çəkib işıqlandırım. Çəkiliş zamanı Kamandar müəllimin oğlu da ifa etdi. Xumar xanım dedi ki, həmin ifanı saxla, mənimkini çıxart. Mən isə əksini etdim. Onun ifasını kəsib, Xumar xanımı saxladım. Bax, bu səbəbdən məndən küsdü. Hansı müğənni bunu edər?”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler