» » “O da səviyyədən danışır” -

“O da səviyyədən danışır” - Səidədən Elnarəyə cavab

Bölmə: Şou
“O da səviyyədən danışır” -
“W-Trio”nun eks-üzvləri- Elnarə Xəlilova ilə Səidə Sultan arasında qalmaqal böyüməyə başlayıb.

Xalqinfo” xəbər verir ki, bir neçə gün bundan əvvəl Xəlilovanın səsləndirdiyi fikirlərə qarşı tərəf cavab verib.

Səidə sosial şəbəkədə həmkarına cavab verib, onun açıqlamasına əhəmiyyət vermədiyini söyləyib:

“Ölkədə bu qədər ağırlıq və narahatçılıq var. Baxıram ki, “W Trio” Elnarə də səviyyədən danışır. Adamlar deyər ki, bunun indi yeridir? İnanırsan Elnarə, sən mənim vecimə də deyilsən”.

Xatırladaq ki, Elnarə “Xəzər maqazin”ə açıqlamasında Səidəni ciddiyə almadığını söyləmişdi:

“Ağzını Allah yoluna qoyub danışır. Gərək mən də ona baş qoşam, ağız-ağıza verəm. Mənə bu lazım deyil. Kimdəsə mənə qarşı qıcıq, problemi var, xoşuna gəlmirəmsə nə edim? Allah köməyi olsun. Onun haqqında danışmaq istəmirəm. Çünki sonu yaxşı qurtarmır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler