» » “Min bir gecə”nin Argentinada məşhurlaşan ulduzu -

“Min bir gecə”nin Argentinada məşhurlaşan ulduzu - “Türkiyədə pulumu vermirdilər”

Bölmə: Şou
“Min bir gecə”nin Argentinada məşhurlaşan ulduzu -

Məşhur “Min bir gecə” seralında canlandırdığı “Ali Kemal” obrazı ilə tanınan aktyor Ergün Demir yaşadığı Argentinada Türiyə ilə müqayisədə xeyli populyarlaşıb.

Xalqinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, serial Cənubi Argentinada yayımlandıqdan sonra ora dəvət olunan aktyorun həyatı son 2 il ərzində təmamilə dəyişib.

Argentinada böyük maraqla qarşılandıqdan sonra ora köçən E. Demir oynadığı tamaşalarla daha da məşhurlaşıb.

Argentinada baş verən güclü zəlzələdən sonra şəhər-şəhər gəzib humanitar yardımları insanlara çatdırmaqla xalqın könlünü fəth edən Demirin nüfuzu Cənubi Amerikada da yayılıb. Prezident, baş nazir, nazirlər onunla görüşmək üçün dəvətlər göndərirlər. Əfsanəvi futbolçu Maradona da onu evinə dəvət edərək birlikdə yemək yeyiblər.

E. Demir Argentinada 2016-cı ilin ən yaxşı teatr ustası seçilib.

“Bura gəldiyim gündən bəri 5 ulduzlu hoteldə qalıram və bir qəpik də ödəmirəm. Dövlət mənə özəl qoruma verib. Türkiyədə bir həftə ərzində qazandığım pulun 2 qatını bir oyunda əldə edirəm. Türkiyədə oynadığım serialdan bir neçə dəfə pulumu ala bilməmişəm. Türkiyə mənim sevdamdır, amma burada krallar kimi yaşayıram”, - deyə aktyor bildirib.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

“Min bir gecə”nin Argentinada məşhurlaşan ulduzu -
“Min bir gecə”nin Argentinada məşhurlaşan ulduzu -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler