Günaya haker hücumu - 730 minlik səhifəsi sındırıldıBölmə: Şou
Müğənni Günay İbrahimlin haker hücumuna məruz qalıb. “Xalqinfo” xəbər verir ki, sənətçinin 734 min izləyicisi olan instaqram profili ələ keçirilib. İbrahimli mövzu ilə bağlı açıqlama yayıb: “Hörmətli media nümayəndələri, mənim pərəstişkarlarım. Mənim 734 minlik instaqram profilim bir neçə saat bundan əvvəl hakerlər tərəfindən ələ keçirilib. Bu məlumatı ona görə sizə bildirirəm ki, profilimin yoxluğu hər kəsi narahat edib. Mövzu ilə bağlı bizə çox müraciət edirlər, narahatlığını dilə gətirirlər. Hazırda komandam hesabımı geri qaytarmaq üçün əlindən gələni edir. Bununla bağlı sosial şəbəkə idarəçiliyinə müraciət olunub. İnanırıq ki, hər şey öz həllini tapacaq. Həmçinin, bunu edən şəxslər qanun qarşısında cavab verəcək. Diqqətinizə görə təşəkkür edirik”. *** G. İbrahimlinin instaqram profili geri qaytarılıb. Əlaqə üçün E-mail: xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|