» » Aygünün 30 illik musiqi arxivi -

Aygünün 30 illik musiqi arxivi - “YouTube”də

Bölmə: Şou
Aygünün 30 illik musiqi arxivi -

Aygün Kazımova ötən ildən rəsmi “Youtube” kanalını təqdim edib.

"Xalqinfo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq xalq artistinin 30 illik musiqi arxivi hər kəs üçün əl çatandır.
Kanal üzərində işlər tam olaraq yekunlaşmaq üzrədir.

Kanal özlüyündə bir neçə bölmədən ibarətdir. “Kliplər”, “Konsertlər”, “Bəstəkarlar” və “Albomlar” bölməsi üzərində hazırda iş gedir. İlk olaraq xalq artistinin ifa etdiyi 350-dən çox mahnılar rəsmi kanala yüklənib.

Hazırda Aygün Kazımovanın klipləri və konsertlərinin ifaçının rəsmi kanalına yüklənməsi prosesi davam etdirilir. Bugünə kanalda 35 klip və bir sıra konsertləri yer alır.

Bundan başqa Aygün Kazımovanın Eldar Mansurov, Cavanşir Quliyev və Vaqif Gərayzadədən ifa etdiyi ölməz əsərləri ayrıca “Bəstəkar” bölməsinə bəstəkarların adı ilə yarım bölmələrə əlavə olunub.

Kanala ən son yüklənən video isə bir neçə gün əvvəl təqdim olunan “Arama beni” mahnısıdır.




Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler