» » Barbaros Şansal saxlanıldı

Barbaros Şansal saxlanıldı

Bölmə: Şou
Barbaros Şansal saxlanıldı

Məşhur türkiyəli modelyer Barbaros Şansal saxlanılıb.

Xalqİnfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Şansal “Reina” hadisəsi ilə bağlı Türkiyəni təhqir etdiyi mesajı sosial şəbəkədə paylaşıb.

Modelyer yeni il tətili üçün Şimali Kipr Türk Cümhuriyyətinə gedib. Hələ rəsmi açıqlama verilməsə də, onun orada saxlanıldığı öyrənilib. Həftə ərzində Şansalın ölkədən deportasiya ediləcəyi gözlənilir.

Qeyd edək ki, Barbaros Şansal paylaşımında “mənə səfalətin adını yaza bilərsənmi, Abidin? Bu qədər jurnalist həbsdəykən, uşaqlar təcavüz görərkən, ölkədə korrupsiya, rüşvət baş alıb gedərkən siz hələ də yeni ili qeyd edirsiniz?” ifadəsini işlədib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler