» » Şou-biznesdə yeni qruplaşma -

Şou-biznesdə yeni qruplaşma - Aygün, Natavan...

Bölmə: Şou
Şou-biznesdə yeni qruplaşma -

Azərbaycan şou-biznesində yeni qruplaşma yaranıb.

Xalqİnfo” xəbər verir ki, bu barədə müğənni Rəhim Rəhimli “Xəzər maqazin”ə açıqlamasında bildirib.

Aygün Kazımova, Natavan Həbibi və R. Rəhimli birləşərək yeni bir qrupa imza atıblar.

“Natavanın yerində olsaydım bizə qoşulardım. Üçümüz “Habibim” mahnısını ifa edərdik”.

Rəhimin trio təklifinə Aygün Kazımova və Natavan Həbibi münasibət bildirib.

“Biz yaradıcı insanlarıq. Ortaya layihələr çıxarmalıyıq. Təbii ki, razıyam. Niyə olmasın? Mən təsəvvür edirəm, çox maraqlı olar”- deyə A. Kazımova deyib.

N. Həbibi isə sözügedən təklifə müsbət yanaşıb:

“H-trio olar. W-trio artıq olub (gülür). Mənə hələ heç kəs təklif etməyib. Xahiş edirəm, yazılı şəkildə mənə bildirin. Sizin cavabınızı gözləyirəm”.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler