» » Tramp Şvasneqqerlə eyni şouda olacaq - Prodüser qismində

Tramp Şvasneqqerlə eyni şouda olacaq - Prodüser qismində

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
Tramp Şvasneqqerlə eyni şouda olacaq - Prodüser qismində

ABŞ-ın yeni prezidenti seçilən Donald Tramp “The Celebrity Apprentice” realiti şousunun icraçı prodüseri olacaq.

Xalqİnfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə başçısı seçilməsinə baxmayaraq, televiziyadakı işindən ayrılmağı düşünməyən Tramp fəaliyyətini prodüser kimi davam etdirməyi düşünür.

NBC kanalında yayımlanacaq “Məşhurların şagirdi” adlı verilişə Kaliforniya ştatının keçmiş qubernatoru, Hollivud ulduzu Arnold Şvasneqqer aparıcılıq edəcək. Donald Tramp şounun hər buraxılışı üçün 100 min maaş alacaq.

Əvvəl şouya Trampın özü aparıcılıq edib, 2015-ci ildə isə o baş verən bir qalmaqala görə layihədən uzaqlaşdırılıb. Verilişin yeni buraxılışının ilk bölümü 2017-ci il yanvarın 2-də efirə gedəcək. Proqramda tanınmış simalar qonaq olacaq.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler