» » “Qadın kimi xoşbəxt ola bilmədim...” -

“Qadın kimi xoşbəxt ola bilmədim...” - Anasını itirən Lətafət

Bölmə: Şou
“Qadın kimi xoşbəxt ola bilmədim...” -

“Hər birinizə bu acı günümdə yanımda olduğunuz üçün minnətdaram. Allah ölənlərinizə rəhmət eləsin. Mənim gözəl, enerjili, sağlam, həyat dolu, heç kimlə işi olmayan, hər kəsə yaxşılıq arzu edən mələk anam. Həmişə onu yaxşı insan olduğuna görə danlayırdıq. Xəbərim olmadan göz əməliyyatına getdi və aramızdan uçub getdin”.

Xalqİnfo” xəbər verir ki, bu sözləri iki gün əvvəl anasını itirən teleaparıcı Lətafət Ələkbərova sosial şəbəkədə yazıb.

Aparıcı qeyd edib ki, heç vaxt qadın kimi xoşbəxt ola bilməyib:

“Bu acıya necə dözəcəm? Mənimlə görüşmədi. Bilmirəm bu yaşadığım nədir? Xəstə yatmadı, ağır xəstəliyi yox idi. Sənsizlikdən ürəyim parçalanır. Bilmirəm bu qismətdir, yoxsa həkimin səhvi. Amma onu bilirəm ki, iki dünya bir olsa da qayıtmayacaqsan. Rənanı böyüdüm, yerbəyer edim yanına gələcəm. Çünki mən heç vaxt qadın kimi xoşbəxt ola bilmədim. Amma mən indi qızıma lazımam.

Sən məni yarım qoydun, amma mən qızım üçün çətin də olsa üzünə gülümsəyəcəm. Amma heç vaxt ürəkdən gülüb sevinməyəcəm. Onların nurunu özünlə apardın getdin. 63 yaşlı gözəl, mehriban anam, Allah yaxşıları yanına tez aparır. Bu həyat boşdur, amansızdır. Sən bu dünyalıq deyilmişsən. Amma məni yarı yolda qoyub getməyə haqqın yox idi. Rənaya bu dünyadan köçüb getdiyini deyə bilmədim. Elə bilir ki, xəstəxanadasan. Deyir ki, nənəm sağalıb gəlib bizdə qalacaq”.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler