» » "Hər vəchlə çalışırdılar ki, konsert alınmasın"

"Hər vəchlə çalışırdılar ki, konsert alınmasın" Qaraçuxurlu

Bölmə: Şou
"Hər vəchlə çalışırdılar ki, konsert alınmasın"

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı meyxanaçı-müğənni Namiq Qaraçuxurlu olub.

"Xalqİnfo" xəbər verir ki, ifaçı proqramda maraqlı açıqlamaları ilə yadda qalıb.

Namiq "Rəvayət" klipini 300 manata çəkdirdiyini bildirib:

""Rəvayət" adlı klipimin ümumi büdcəsi heç 300 manat eləmirdi. Bu pulu da Muğamat adlı dostumuz qarşılamışdı. Peşəkarlıq baxımından aşağı səviyyəli iş ola bilər. Amma əsas görülən işdir. Bu bir baryer idi və biz bunu keçməliydik. Şükür, bacara bildik".

Tanınmış meyxanaçı yaşadığı problemlərdən də söz açıb:

"Problemlər yaşadıq. Qarşımızı çox aldılar. Paxıllığımızı çox çəkdilər. Deyirdilər ki, meyxana nədir, klip nədir. Sonra konsert hazırladıq, bəzi meyxanaçılar 1 gün qabaq dedilər ki, biz gəlmirik. Hər vəchlə çalışırdılar ki, konsert alınmasın. Amma ətrafımda olan dostlarım sağ olsun. Bundan sonra bəzi meyxanaçılarla aramız soyumağa başladı".



Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler