» » “Acılar insanları möhkəmləndirir...” -

“Acılar insanları möhkəmləndirir...” - Serenay + Fotolar

Bölmə: Şou
“Acılar insanları möhkəmləndirir...” -
Xəbər verdiyimiz kimi, ötən gün Bakıda “İkimizin yerine” filminin qala gecəsi keçirilib.

Xalqİnfo.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, ekran işinin qəhrəmanları təqdimatdan sonra mətbuat üzvlərinin suallarını cavablandırıblar.

“İkimizin yerine”nin Çiçeki olan Serenay Sarıkaya filmin ona çox çəsir etdiyini bildirib:

“Filmi izləyən hər kəsə təşəkkür edirəm. İnanıram ki, filmi hər kəs bəyənəcək. Nejat İşler Bakıya gəlmədi, səbəbini bilmirəm, məlumatsızam. Yəqin ki, işləri vardır. Onunla ikinci dəfədir ki, eyni layihədə rol alırıq. Nejatla işləməkdən zövq aldım. Filmdə özüm mahnı ifa etmişəm. Müğənni olmaq fikrim yoxdur, aktrisalıq peşəmdir, bu sahəni çox sevirəm. Gələcəkdə bəlkə müğənni olmaq barədə düşünərəm. “İkimizin yerine” sərt bir hekayənin üzərində qurulub.
“Acılar insanları möhkəmləndirir...” -














Çiçək qədər güclü bir qadın ola bilərəm? Hərdən bu sualı özümə verirəm. Məncə o, ağır hisslər yaşadı. Özü üçün haqlı səbəbləri var. Filmdə anasına qarşı bir incikliyi olub. Çox ağır bir şeydir. Filmdə mənim üçün çətin səhnələr var idi. Düşünürəm ki, sona yaxın anamla üzləşdiyim səhnədir.

Mənə çox təsir etmişdi. Hamımızın həyatında acılar olub. Acılar insanları daha da möhkəmləndirir və nəticə çıxarmağa çalışırsan. Həyatımda baş verənlərə görə özümə təşəkkür edirəm. Çünki, mən olmağıma səbəb oldu.
“Acılar insanları möhkəmləndirir...” -














Filmdə Ülkü obrazını canlandıran Zerrin Tekindor qeyd edib ki, fərqli bir obrazda tamaşaçı qarşısına çıxıb:

“Ana obrazını canlandırmışam. Ülkü Çiçəki sevirdi. İkinci dəfə övladını itirmək istəmirdi. Səhv etdiyini anladı. Düşünür ki, ikinci övladı var. Ona da nəsə ola bilər. Hər zaman filmlərdə yaxşı bir ana obrazını canlandırmışam. Bu dəfə fərqli oldu. İzləyici məncə zövq alacaq. Fərqli obrazda tamaşaçı qarşısına çıxdım. Teatrda başqa obrazlarımın şahidi ola bilərsiz”


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

“Acılar insanları möhkəmləndirir...” -
“Acılar insanları möhkəmləndirir...” -
“Acılar insanları möhkəmləndirir...” -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler