» » “Heç yerə gedən deyiləm” - Abbas

“Heç yerə gedən deyiləm” - Abbas

Bölmə: Şou, BLOK XƏBƏR, MANŞET
“Heç yerə gedən deyiləm” - Abbas
Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb. Siyahıda Azərbaycanın əməkdar artisti Abbas Bağırov da var.

Xalqİnfo “Qafqazinfo”nun məlumatına istinadən xəbər verir ki, sənətçi İnstaqram hesabında bildirib ki, heç vaxt Azərbaycanı tərk etmək fikrində olmayıb və olmayacaq.

“Dəyərli dostlar və diqqətli mətbuatımız! Narahatlığa səbəb yoxdur. İnşallah, hər şey yaxşı olacaq. Azərbaycandayam və yaxın 100 ildə bu ölkədən heç bir yerə gedən deyiləm. Cənab prezidentimiz 2008-ci ildə məni belə bir fəxri ada layiq görüb. Mən xalqımın sevgisini heç vaxt itirmərəm və gələcəkdə Azərbaycanımız naminə uğurlarımız bol olsun!”.

Xatırladaq ki, Vergilər Nazirliyi Abbas Bağırovu vergi ödəmədiyi üçün 30 min manat dəyərində cərimələmişdi. Müğənni isə vergi işçisinin toyuna getmədiyi üçün ona 30 min manat dəyərində vergi borcu yazıldığını iddia etmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler