» » Xalq şairi Teymur Əmrahı biabır etdi:

Xalq şairi Teymur Əmrahı biabır etdi: "Utan, xəcalət çək"

Bölmə: Şou, BLOK XƏBƏR
Xalq şairi Teymur Əmrahı biabır etdi: Xalq artisti Flora Kərimova ilə həmkarı Teymur Əmrah arasındakı qalmaqal tanınmış ziyalılar tərəfindən narazılıqla qarşılanıb.

Xalqinfo.az bildirir ki , Publika.az-a açıqlama verən şair Musa Yaqub illərin sənətkarının müdafiəsinə qalxıb: “Mənim Flora Kərimovaya həsr etdiyim “Bənövşə ətri” adlı şeirim də var. Onun sənətinə, səsinə böyük hörmət bəsləyirəm. İndi hər yerindən durun müğənni ona söz atmaqla özünü gündəmə gətirmək fikrinə düşür. Amma yanılırlar. Flora xanımın adıyla gündəmə gəlib, özünü nə qədər reklam edə biləcəksən? Gərək özünün də qabında bir şey olsun. Flora Kərimova sənətdə möhürünü vurmuş sənətkardır, amma sən kimsən axı? Sən sevilən sənətkarı daşlamaqla əslində özünü biabır edirsən. Utan, xəcalət çək. Hələ Floranın oxuduğu mahnıların birini onun kimi oxu, sonra danış. Təəssüf ki, indi bir çox cavan müğənnilər sənətdən çox özlərini tərifləməklə məşğuldur. Nəticədə də özlərini gözdən salmış olurlar”.





Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler