» » "Elə edin ki, sizə pis gözlə baxmasınlar" -

"Elə edin ki, sizə pis gözlə baxmasınlar" - Xatirədən müğənnilərə

Bölmə: Şou
"Elə edin ki, sizə pis gözlə baxmasınlar" -
Oğlumun marağı nəyədirsə, o sahədə inkişaf etsin. Hətta müğənni olsa da, razıyam. Mən fəxr edərəm ki, oğlum Arif Babayev kimi kişi olsun”.

Xalqinfo.az-ın məlumatına görə, bu sözləri müğənni Xatirə İslam “5/5” verilişində deyib. Sənətçi əməkdar artist Elnarə Abdullayevaya da söz atıb:

“Müğənniyə nə olub ki? Hamısının gözəl ailəsi, evi-eşiyi, özlərinə görə adları, şəhərdə hörmətləri var. İki-üç nəfərə görə hamını pisləmək olmaz. Düzdü, müğənnilik çətindir. Amma insan öz sənətinə hörmətsizlik etməməlidir. Toy, məclis sayəsində özlərinə gün-güzəran qazanırlar, kəndinə su çəkdirirlər, atasına ev tikdirir, sonra da deyir ki, “Yox-yox, müğənni olmaz”. Bunu necə edə bilərlər? Bu yolla qazandığınız çörəyə qiymət qoyun, hörmətsizlik etməyin. Müğənnilərə deyirəm ki, özünüzü saydırın, özünüzə hörmət qoydurun. Elə edin ki, sizə pis gözlə baxmasınlar”.

Qeyd edək ki, E.Abdullayevanın “Oğluma heç vaxt müğənni qız almaram” sözləri şou-biznesdə qalmaqala səbəb olmuşdu.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler