» » Şou-biznesdə yeni qalmaqal

Şou-biznesdə yeni qalmaqal

Bölmə: Şou
Şou-biznesdə yeni qalmaqal
“Xalq artisti Aygün Kazımova ilə bağlı kimsə qalmaqal edib reklam qazanmaq istəyirsə artıq gecikib”.

Bu sözləri müğənni Roza Zərgərli prodüser əsl adı Zöhrab olan Zorikə cavab olaraq verib. “Xalqinfo” xəbər verir ki, ifaçı ANSpress-ə danışaraq bildirib ki, əvvəl fırıldaqçılıq ilə ittiham olunan Zorikin “İnstaqram” səhifəsindəki paylaşdığı şəkil o deyil. “Tolik də ötən həftə belə edirdi. Mənə lazım deyil mənşəyi bilinməyən adamlarla adımı alçaldım. Bunlardan bezmişəm artıq. Zöhrabın atasını, anasını, qardaşını, balaca qardaşını, gəlinlərini tanıyıram. Mənə ayıbdır ona söz deməyim. Aygün Kazımova özü yaxşı bilir ki, bunların hamısı yaltaqdır. Özü heç kimi yaxınına buraxmır, bunlar da belə qalmaqal yaradıb özlərini Aygünə yaxın hiss etmək istiyirlər".

Tanınmış müğənni gələcəkdə yeni layiəsi barədə də danışıb. Azərbaycanın məşhur modeli Rüstəm Cabrailov ilə birgə layihələri olmasını deyib.

Əvvəl fırıldaqçılıqda ittiham olunan Zorik "İnstaqram" səhifəsində xalq artisti Aygün Kazımovanı dəstəkləyib. "Roza Zərgərli ilə şəxsi heç bir poblemim yoxdur. Amma Roza Zərgərli xalq artisti Aygün Kazımovaya söz ata bilməz! Nəinki Aygün Kazımovaya hətta Günay İbrahimli və ya Sevda Yəhyayevaya belə o söz ata biləcək gücdə deyil. Bəli, bu gün Roza üstünə özündən ağır çəkidə pullar qoyur, amma "tutuzdura" bilmir. Məsləhətim odur ki, Roza ən yaxşısı başqa işlə məşğul olsun. Aygün Kazımovanın bu qədər dostu var, amma heç kəs Niyam Salamidən başqa o söhbətdə Aygün xanımı müdafiə etmədi. Bu gün mən Aygün Kazımovanın yanındayam və ona dəstəyəm, bir dost kimi... Aygün xanım hər zaman mənim yanımda olub. Bir də onu demək istəyirəm ki, ay Roza o şəkillər montaj deyil. Çünki o şəkilləri mən çəkmişəm. Şəkil Mərkəzi Univermaqdan yuxarıda, 189 nömrəli məktəbin arxasındakı gözəllik salonlarının birində çəkilib. Roza qucağında oturduğu adam isə saç ustasıdır. Adı da Sərdardır. Amma yalan deyə bilmərəm aralarında heç bir şey yox idi. Məsuliyyətlə deyirəm ki, o şəkilin müəllifi mənəm. Roza Aygün xanıma söz atır ki, sən Snup Doqun qucağında oturmusan. Ağzında dünya ulduzu Snup Doq deyirsən. Sənin kimi adi bir modelin qucağında oturmayıb ki, özünü necə Aygün xanımla müqayisə edə bilərsən axı ?!".


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler