Aygünün ölkədən çıxışına qadağa qoyuldu- Natavana görəBölmə: Şou, BLOK XƏBƏR
Xalq artisti Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulub. Axşam.az-ın məlumatına görə, bu haqda müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov xəbər verib. Vəkil bildirib ki, oktyabrın 1-də Nəsimi rayon İcra şöbəsinin təqdimatına baxan Nəsimi rayon məhkəməsi A.Kazımovanın ölkədən çıxışına qadağa qoyulması barədə qərar çıxarıb. Səbəb isə xalq artisti tərəfindən məhkəmə qətnaməsinə qərəzli icra olunmamasıdır. Həmin qətnaməyə əsasən A.Kazımova N.Həbibidən üzr istəməli və yaydığı məlumatları təkzib etməli idi. Lakin o, qətnaməni tam formada icra etməkdən boyun qaçırır. Vəkilin sözlərinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir, məhkəmə qətnaməsini icra etmək məcburidir: "Buna görə də Aygün Kazımova Natavan Həbibidən üzr istəməsə və təkzib verməsə ölkədən kənara çıxması mümkün olmayacaq". Qeyd edək ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir. A.Kazımova dediklərini təkzib edərək, bunları yazmışdı: "Öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək Natəvan Həbibi barədə dediyimi təkzib edirəm". |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|