» » “Əvvəl həyat yoldaşımı düşünürdüm, indi...”

“Əvvəl həyat yoldaşımı düşünürdüm, indi...”

Bölmə: Şou
“Əvvəl həyat yoldaşımı düşünürdüm, indi...”
Xalq artisti Zülfiyyə Xanbabayeva ATV telekanalında yayımlanan “Öz aramızda” verilişinin qonağı olub.


“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, müğənni ailəsindən danışıb:

“25 ildir sənətdəyəm. Çox emosional insanam, amma bəzi səbəblərdən çox şeyi içimdə boğuram. Bu o demək deyil ki, nəyisə qurban verirəm. Yox, bunu abırı, həyanı qorumaq xatirinə edirəm. Əvvəl bir atanın-ananın övladı, kişinin həyat yoldaşı olmuşam, indi isə bir qızın anasıyam. Əvvəl həyat yoldaşımı düşünmüşəm, indi qızımı fikirləşirəm. İçimdə məsuliyyət var. Ailəm heç bir zaman qarşıma sərhəd qoymayıb. Məni böyük bacım İradə tərbiyə edib. Buna görə peşman deyiləm. Bu gün də nəsə olanda bacımdan məsləhət alıram. O tərbiyə bu gün mənə kömək olur. Özüm-özümü çərçivəyə salmışam. Bu gün qızımı da ciddi tərbiyə edirəm. Hamı onu ərköyünləşdirir, amma mən yox. Ailəmdən necə görmüşəmsə, Dənizi də elə tərbiyələndirirəm”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler