» » "Övladım olandan sonra həyatım dəyişdi"

"Övladım olandan sonra həyatım dəyişdi"

Bölmə: Şou
"Övladım olandan sonra həyatım dəyişdi"“İşgüzar xanımlara işdən sonra dincəlmək lazımdır. Ailə qurmazdan əvvəl mənim üçün gün 6-da başlayırdı. Toya, şou-proqrama gedirdim. Gecə isə mütləq dostlarımla görüşüb, haradasa otururduq”.

axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Xuraman Şuşalı “Gün üzü” verilişində qonaq olarkən deyib. O, ailə qurduqdan sonra həyatının dəyişdiyini bildirib:

“Yeni ailə quranda anama arxayın idim. İşimlə məşğul olurdum. Bilirdim ki, anam evdə hər şeyi hazırlayıb. Övladım olandan sonra bütün düşüncəm, həyat tərzim dəyişdi. İndi istəyirəm ki, işim tez bitsin, uşaqlarımın yanına qaçım. Ailəmlə bir arada olmaq üçün fürsət gəzirəm. Bütün günü evdə olur, övladlarıma baxıram. İş olanda da gedib, bitən kimi evimə gəlirəm. Kənar məşğuliyyətim yoxdur”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler