» » Ermənilərdən Aygünə dəvət gəldi-

Ermənilərdən Aygünə dəvət gəldi- Foto

Bölmə: Şou, BLOK XƏBƏR
Ermənilərdən Aygünə dəvət gəldi-

Xalq artisti Aygün Kazımova namizəd olduğu dünyanın ən məşhur musiqi mükafatı “Big Apple Music Awards”dan imtina edib.

ans press-in məlumatına görə, bu ilin iyun ayında baş tutacaq təqdimetmə mərasiminə artıq dəvət alan Kazımova dəvəti rədd edib.

İfaçı adıçəkilən yarışmada iştirak etməkdən imtina etdiyini sosial şəbəkədə özü yazıb. Xalq artisti bu qərarını təşkilatçıların erməni olması ilə əlaqələndirib: “Mən bu yarışmadan imtina edirəm. Səbəb isə təşkilatçıların erməni olmasıdır. Sevənlərim səs göndərməsinlər...”

Artıq 20 mart tarixindən Aygün Kazımovanın adı müsabiqənin rəsmi saytında səs vermədə istirak etmək üçün yerləşdirilib. “Big Apple Music Awards”a namizədlər sırasında Kazımova ilə yanaşı azərbaycanlı müğənnilərdən Röya, Dilarə Kazımova və EMİNin də (Emin Ağalarov) da var. Xaql artisti imtina etdi, onların bu dəvəti necə qəbul edəcəyi isə hələ məlum deyil.

Ermənilərdən Aygünə dəvət gəldi-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler