» » Milli Məclis vəzifəlilərə yeni cərimələr tətbiq etdi

Milli Məclis vəzifəlilərə yeni cərimələr tətbiq etdi

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Milli Məclis: "Vəzifəli şəxslər üçün yeni cərimələr tətbiq olunacaq"
Milli Məclis vəzifəlilərə yeni cərimələr tətbiq etdi
Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilib


Xalqinfo.az "Report"a istinadən xəbər verir ki, dəyişikliklər barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsini sədri Əli Hüseynli məlumat verib.

Dəyişikliyə əsasən, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas olmadan müəyyən edilən müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə (həmin sazişlərdə başqa qaydalar nəzərdə tutulduğu hallar istisna olmaqla) görə vəzifəli şəxslər 50 manat miqdarında cərimə edilir.

Bundan başqa, "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş hallarda və qaydada dövlət rüsumunun tutulması barədə hesabatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə də vəzifəli şəxslər 50 manat miqdarında cərimə olunacaq.

Xatırladaq ki, dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler