» » Nazirdən sərt xəbərdarlıq

Nazirdən sərt xəbərdarlıq

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET

Nazirdən sərt xəbərdarlıq Daxili İşlər Nazirliyi polis əməkdaşlarına sosial şəbəkədən istifadə etməyi qadağan edib.
Xalqinfo.az bildirir ki,“Qafqazinfo”ya daxil olan məlumata görə, son zamanlar xidmətdə olan polis əməkdaşlarının sosial şəbəkələrdə paylaşımları ciddi narahatlıq doğurub. Polislərin bəziləri xidməti silahı və polis geyimləri ilə fotolarını yayıb. Bu da yeni qadağanın yaranmasına səbəb olub.

Sosial şəbəkədə silahla fotosunu yayan Qaradağ rayon Polis İdarəsinin bir əməkdaşı sərt cəzalandırılıb. Belə ki, o, artıq DİN sistemindən xaric olunub..

Daxili işlər naziri Ramil Usubov dünən məsələ ilə bağlı görüş keçirib. İclasda gənc polis əməkdaşları ilə yanaşı valideynləri də iştirak edib. Bu görüşdə nazirin “sosial şəbəkə qadağası” əməkdaşlara və valideynlərinə çatdırılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”nun məsələ ilə bağlı soruğusuna belə cavab verib: “Azərbaycan Respublikasının bütün vətəndaşları kimi, daxili işlər orqanlarının şəxsi heyəti də Konstitusiya ilə müəyyən olunmuş bütün hüquqlarından məhdudiyyətsiz istifadə edirlər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler