» » Nazirlik göz xəstələrini pulsuz müalicə etdi –

Nazirlik göz xəstələrini pulsuz müalicə etdi – İlk dəfə

Bölmə: Sosial
Nazirlik göz xəstələrini pulsuz müalicə etdi –Nazirlik göz xəstəlikləri olan insanların əlilliyinin qarşısının alınması məqsədilə ilk dəfə humanitar xarakterli aksiya təşkil edib.

axar.az xəbər verir ki, Prezident İlham Əliyevin əlilliyi olan şəxslərin hərtərəfli qayğı ilə təmin olunması sahəsində həyata keçirdiyi siyasətə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən məqsədyönlü işlər aparılır. Bu işlərin davamı olaraq, dekabrın 24-də ƏƏSMN tərəfindən Şamaxı rayonunda gözdən əlilliyi olan şəxslərin reabilitasiyası, habelə göz xəstəlikləri olan insanların əlilliyinin qarşısının alınması məqsədilə humanitar xarakterli aksiya təşkil edilib.

ƏƏSMN-nin təşəbbüsü ilə həmin gün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Şamaxı rayonunda olaraq, bu rayonda, eləcə də İsmayıllı və Qobustan rayonunda yaşayan gözdən əlilliyi olan şəxslərə oftalmoloji xidmət göstərib. Nazirliyin qeyd olunan rayonlar üzrə 19 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əvvəlcədən qeydiyyatı aparılan, müalicə aparılmaqla reabilitasiyası mümkün olan, lakin maddi imkansızlıqdan tibbi əməliyyat etdirə bilməyən 30 nəfər gözdən əlil şəxs səyyar klinikada müvafiq oftalmoloji xidmətlərlə təmin ediliblər. Ayrı-ayrı şəxslərin səyyar oftalmoloji klinikada cərrahi əməliyyatı həyata keçirilib.

Bununla yanaşı, göz xəstəlikləri olan və xəstəliyin ağırlaşdığı təqdirdə əlilliyə məruz qalma ehtimalı olan şəxslərin də müayinəsi aparılıb və onların müalicəsi üçün müvafiq oftalmoloji tədbirlər görülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler