» » Daxili İşlər Nazirliyinin vəzifələri artırıldı

Daxili İşlər Nazirliyinin vəzifələri artırıldı

Bölmə: Sosial, BLOK XƏBƏR
Daxili İşlər Nazirliyinin vəzifələri artırıldıAzərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi və Dövlət Mülki Aviasiya Administrasiyası haqqında əsasnamələrə dəyişikliklər edilməsi barədə fərmanlar verib.


Xalqinfo.az apa-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişikliyə əsasən nazirliyin vəzifələri artırılıb. Daxili İşlər Nazirliyinin vəzifələri sırasına avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək əlavə olunub. Nəqliyyat Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişikliyə əsasən avtomobil və dəmiryolu nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək bu nazirliyin funksiyaları sırasına daxil edilib. Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnaməyə edilən dəyişikliyə görə isə hava nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək Administrasiyanın vəzifələrindən biri olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler