» » Bakının mərkəzində yeni piyada keçidi tikilir -

Bakının mərkəzində yeni piyada keçidi tikilir - Foto

Bölmə: Sosial
Bakının mərkəzində yeni piyada keçidi tikilir - Bakı Ağ şəhər layihəsi çərçivəsində Nobel prospektinin Xaqani Rüstəmov küçəsi ilə kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi qrafikə uyğun həyata keçirilir.Xalqinfo.az bildirir ki, bu barədə lent.az-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən məlumat verilib. 4 giriş-çıxışı olacaq piyada keçidinin çıxışlarından biri "Ağ şəhər"ə, digəri Azərbaycan Boks Federasiyasına, qalan ikisi isə Dənizkənarı Park istiqamətində olacaq. Keçiddə hər tərəfində 2-si olmaqla 8 eskalator quraşdırılacaq. Yeraltı piyada keçidinin uzunluğu 280 metr, eni 8 metr, hündürlüyü isə 3,2 metr nəzərdə tutulub. Keçidin Boks Federasiyasına olan çıxışı bəzək işləri istisna olmaqla hazırdır. Dənizkənarı Park istiqamətində isə 50 faiz işlər görülüb. Hazırda zavod şəraitində əvvəlcədən gərginləşdirilmiş tirlər tikinti meydançasına gətirilərək quraşdırılır. Paralel olaraq monolit dəmir-beton, izolyasiya və sair işlər davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler