» » Azərbaycanda daha 128 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib

Azərbaycanda daha 128 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Azərbaycanda daha 128 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Xalqinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 123 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 654 nəfər müalicə olunaraq sağalıb, 3 180 nəfər vəfat edib. Hazırda 2 289 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 647, bu günə qədər isə ümumilikdə 2 501 845 test icra olunub.
Azərbaycanda daha 128 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler