» » Azərbaycanda mülayim hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanda mülayim hava şəraiti nə vaxtadək davam edəcək?

Bölmə: Sosial
Azərbaycanda mülayim hava şəraiti nə vaxtadək davam edəcək?Sabah Azərbaycan ərazisində mülayim hava şəraiti müşahidə ediləcək, cənub küləyi bəzi yerlərdə güclənəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan trend-ə bildiriblər ki, dekabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin müşahidə ediləcək. Cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 12-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin müşahidə ediləcək. Cənub-şərq küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturunun gecə 1-6 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı proqnozlaşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler