» » İcra başçısı “EuroHome”un sahibkarları ilə görüşür

İcra başçısı “EuroHome”un sahibkarları ilə görüşür

Bölmə: Sosial
İcra başçısı “EuroHome”un sahibkarları ilə görüşür
Dünən Bakı-Sumqayıt yolunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğından sonra sahibkarlara dəyən külli miqdarda ziyanın taleyi ilə bağlı müzakirələr aparılır.

Xalqinfo”nun verdiyi xəbərə görə, hazırda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yanğın baş verən ərazidədir. İcra başçısı yanğında zərərçəkən sahibkarlarla görüşüb və müzakirələr aparır. Hazırda görüş davam edir.

Məlumata görə, görüşdə obyektin və sahibkarların mallarının sığorta olunub-olunmaması, dəyən ziyanın məbləği və onlara ödəniləcək kompensasiya məsələsi müzakirə olunur. Bu görüşün nəticəsindən sonra rəsmi qurumlarla danışıqlar aparılacaq və qanunauyğun olaraq kompensasiya verilib-verilməməsi, veriləcəyi təqdirdə məbləğin nə qədər olmasına qərar veriləcək.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler