» » ETSN-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib

ETSN-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib

Bölmə: Sosial
ETSN-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib
30 oktyabr 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) rəhbərliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri və palatada təmsil olunan iş adamları ilə görüşü keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Xalqinfo"ya verilən məlumata görə, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann görüşün məqsədi, müzakirə olunacaq məsələlər barədə məlumat verib.

Sonra Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ətraf mühitin mühafizəsi, ekoturizmin inkişafı, mövcud ekoloji problemlərin həlli istiqamətində həyata keçirilən layihələr və nazirliyin qarşısında duran vəzifələrlə bağlı təqdimatla çıxış edib.

Görüşdə iştirak edən iş adamlarının fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler