Niyazi Bayramov şəhər merlərinin toplantısında iştirak edirBölmə: Sosial
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Cənubi Koreyanın Qvanqju şəhərində keçirilən “2019 - CICA şəhər merlərərinin Zirvə Toplantısı”nda iştirak edir. "Xalqinfo" xəbər verir ki, “Kreativ, innovativ şəhər inşa etməkdə yerli icra strukturlarının rolu” mövzusunda təşkil olunan Zirvə Toplantısında Avropa və Asiyanın 15 müxtəlif şəhərindən dəvət olunmuş nümayəndə heyətləri, Azərbaycanın Cənubi Koreyadakı Fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov, səfirliyin əməkdaşları yer alıblar. “2019 - CICA şəhər merlərinin Zirvə Toplantısı”nın açılış mərasimində çıxış edən Niyazi Bayramov Gəncənin tarixi, mədəniyyəti, iqtisadiyyatı və nailiyyətləri barədə geniş məlumat verib. Toplantının əhəmiyyətindən söz açan şəhər rəhbəri bildirib ki, bu kimi tədbirlər “ağıllı” şəhərlərin yaradılması üçün idea və fikir mübadilələrinin aparılması, qarşılıqlı yardım, tərəfdaşlıq və əməkdaşlıq imkanlarının təhlil edilməsi baxımından olduqca faydalıdır. Həmçinin Niyazi Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət müstəvisində bir çox dövlətlərlə və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıqların qurulduğunu qeyd edib. Çıxışın sonunda Gəncə haqqında video-çarx nümayiş olunub. Səfər çərçivəsində Niyazi Bayramovun Qvanqju şəhərinin meri Li Yonqsapla ikitərəfli görüşü baş tutub. Görüş zamanı Azərbaycanla Koreya arasındakı dostluq əlaqələrindən söhbət açılıb, Gəncə və Qvanqju şəhərlərinin müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşün sonunda Niyazi Bayramov Gəncə şəhərinin nümayəndə heyəti adından Qarabağ xalçasını hədiyyə olaraq merə təqdim edib. Zirvə Toplantısı öz işini davam etdirir. Xalqinfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|