» » Hökumətdə kartof müzakirəsi -

Hökumətdə kartof müzakirəsi - İxrac rüsumu yarıbayarı azaldıla bilər

Bölmə: Sosial
Hökumətdə kartof müzakirəsi -



Azərbaycanda kartofun ixracına tətbiq olunan gömrük rüsumunun ləğv olunması barədə xəbərlər yayılıb.

İddia olunur ki, hökumət sahibkarlar zərərə düşməsin deyə belə bir qərar verib.

XALQINFO.AZ -ın aidiyyəti qurumlardakı mənbələrdən əldə etdiyi məlumata görə, kartofun ixracına tətbiq olunan gömrük rüsumu ilə bağlı hökumətdə müzakirələr aparılır.

Lakin bu, rüsumun tamamilə ləğv olunması ilə bağlı deyil.

Versiyalardan biri belədir ki, kartofun ixracına qoyulan rüsum yarıbayarı azaldılsın.

Qeyd edək ki, son vaxtlar daxili bazarda kartof, soğan və kələmin qiymətlərində ciddi artım baş verib. Bununla əlaqədar, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramına 1 dollar idxal gömrük rüsumu tətbiq olunub.

Mayın 31-dək isə Azərbaycandan xaricə ixrac olunacaq kartofun hər kiloqramına 2 dollar gömrük rüsumu qoyulub.

Qərara əsasən, mayın 31-dək Azərbaycandan xaricə ixrac olunacaq kartofun hər kiloqramına 2 dollar gömrük rüsumu tətbiq olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler