» » İcra başçısı “Diqlas”da zərərçəkən satıcılarla görüşdü -

İcra başçısı “Diqlas”da zərərçəkən satıcılarla görüşdü - "Onlar lüks həyat yaşayırlar..."

Bölmə: Sosial
İcra başçısı “Diqlas”da zərərçəkən satıcılarla görüşdü -
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov “Diqlas” ticarət mərkəzində baş verən yanğından zərərçəkən satıcılarla görüşüb.

Xalqinfo.az xəbər verir ki, icra başçısı onların şikayətlərini dinləyib və bu gün saat 4-də sahibkarla görüşəcəyini qeyd edib.

İcra başçısı qeyd edib ki, kimin bankda krediti varsa, bank rəhbərlərindən kreditin ödənilməsi ilə bağlı xahiş edərik: “İndi istintaqa öz izahatınızı verin və borclarını ifadənizdə qeyd edin ki, məsələlər tez yekunlaşsın. Kimə işləmək üçün yer lazımdırsa gəlin, bu barədə də müraciət edin.

Mağaza satıcılarından biri icarəyə götürdüyü obyektinin 2 dəfə yandığını, hər dəfə də onlara kompensasiya veriləcəyini qeyd etsələr də, buna əməl edən olmadığını diqqətə çatdırıb : “Dedilər ki, 7 ay yer pulu verməyəcəksiniz, sadəcə iki ay gözlədilər, 3-cü ay isə tutdular. Sahibkarı bura dəvət edin, yerindəcə camaata dəyən ziyanı ödəsin".

Mağazası yanan zərərçəkmiş xanımlardan biri isə bildirib ki, istintaqın başa çatmasını gözləmək istəmirlər: “Hələ beş ay istintaq gedəcək. Bu beş ayda mənim uşağım nə yeyəcək? Bilmək olmaz, bəlkə mənim malımı gecəl yığıb sonra od vurublar?! Mənə deyəcəklər ki, malın yoxdur. Biz axşam blomu təhvil veririk, səhər də gəlib mağazanı açırıq. Səhər gəldik gördük ki, ticarət mərkəzi yanır. Nə qədər etdimsə, məni içəri qoymadılar. Əmanətimi götürmək istəyirdim. 10 ildir orada işləyirəm. Hər ay sosial və vergidən başqa 1000 manat icarə haqqı vermişəm. Onlar lüks həyat yaşayırlar, lüks maşınlarda otururlar. Biz isə evimizi satmışıq, heç nəsiz qalmışıq”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler