» » Gürcüstan tərəfi müraciət etdi, FHN axtarışlara başladı

Gürcüstan tərəfi müraciət etdi, FHN axtarışlara başladı

Bölmə: Sosial
Gürcüstan tərəfi müraciət etdi, FHN axtarışlara başladı
Fevralın 28-də Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Agentliyindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) daxil olan məktubda Marneuli rayonunun İkinci Kosalı kənd sakini, 1952-ci il təvəllüdlü Əli Osmanovun (Gürcüstan vətəndaşı) fevralın 25-də naməlum şəraitdə itkin düşdüyü bildirilib.

Xalqinfo.az xəbər verir ki, Ə.Osmanova məxsus avtomobil Kür çayının yaxınlığında tapıldığı üçün Gürcüstan xilasediciləri tərəfindən çayda axtarışlar aparılır.

Müraciətə əsasən, martın 1-də səhər saatlarında mazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində axtarışlara cəlb olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler