» » Əbülfəs Qarayev Sabirabada gedir

Əbülfəs Qarayev Sabirabada gedir

Bölmə: Sosial
Əbülfəs Qarayev Sabirabada gedirMədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabirabad şəhərində vətəndaşları qəbul edəcək.

Xalqinfo.az bildirir ki, Nazirlikdən axar.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 10-da saat 11:00-da Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 95) Sabirabad, Ağcabədi, Beyləqan, Saatlı, İmişli, Cəbrayıl, Füzuli, Xocavənd və Laçın rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Nazirlikdən bildirilib ki, vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler