» » “Vətəndaş düşünür ki, Hacıyevanın xərclədiyi 130 milyon pulla...” -

“Vətəndaş düşünür ki, Hacıyevanın xərclədiyi 130 milyon pulla...” - Deputat

Bölmə: Sosial
“Vətəndaş düşünür ki, Hacıyevanın xərclədiyi 130 milyon pulla...” -
“Sadə vətəndaş düşünür ki, Zamirə Hacıyevanın Londonda xərclədiyi 130 milyon pulla 1988-1993-cü illərdə şəhid olmuş bütün şəxslərin hamısının qanpulunu vermək olardı”.

Xalqinfo.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.

O bildirib ki, prezident İlham Əliyevin şəhid ailələri ilə bağlı fərmanından sonra Səlim Müslümov açıqladı ki, bu fərman 8800 ailəyə şamil olunacaq:

“Demək o, hesablamanı əvvəldən aparıbmış. Sığorta Fondunun əməkdaşı isə iki nimdaş dəftərlə insanların qarşısına çıxdı. O boyda qurum informasiya texnologiyalarının olduğu şəraitdə şəhid tərcümeyi-halını bu vasitələrlə köçürə bilməyib. Yaxud da deyirlər ki, kimsə şəhidinin qırxı çıxmamış gəlib vəsaiti alıb. İndi də hüquqi varis məsələsini ortaya çıxarıblar”.

Millət vəkili həmçinin çıxışında qeyd edib ki, 3 il əvvəl baş verən devalvasiya təkrar, bürokratik komitələrdən qurtulmağa kömək edib: “Bu il isə yenidən şişən aparatların şahidi oluruq. Hökumətin borcu aqrar sektoru inkişaf etdirməkdir, nəinki şişən aparatları genişləndirmək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler