» » Novruz Məmmədov bu komitənin kollegiyasının tərkibini dəyişdi

Novruz Məmmədov bu komitənin kollegiyasının tərkibini dəyişdi

Bölmə: Sosial
Novruz Məmmədov bu komitənin kollegiyasının tərkibini dəyişdi
Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibi haqqında qərarda dəyişiklik edilib.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibi dəyişdirilib. Kollegiyanın üzvü Məmmədov Xəqani Telman oğlunun əvəzinə Nuriyev Mübariz Əsgər oğlu təsdiq edilib.

Digər bir sərəncamla Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibi təsdiq edilib. Belə ki, Vergilər Nazirliyinin Departament rəsmisi Statistika Şurasının üzvlüyündən çıxarılıb.

Şuranın üzvü Cəbrayıl Fərid Zəbiyulla oğlunun (Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Departamentinin baş direktorunun müavini) əvəzinə Rəhimli Elşən Moqif oğlu (Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktorunun müavini) üzvlüyə təsdiq edilib.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler