» » Aylıq uşaq pulunun bərpası təklifini dəstəkləyirik -

Aylıq uşaq pulunun bərpası təklifini dəstəkləyirik - Daha 2 deputatdan açıqlama

Bölmə: Sosial
Aylıq uşaq pulunun bərpası təklifini dəstəkləyirik -






Azərbaycanda aylıq uşaq pulu yenidən bərpa edilə bilər. 100 gənc ailə başçısı bununla bağlı Milli Məclisə müraciət ünvanlayıb. Aylıq uşaq pulunun bərpası təklifi və bunun deputatlar tərəfindən dəstəklənməsi gənc ailələr tərəfindən rəğbətlə qarşılanır.
Qeyd edək ki, hazırda qanunvericiliyə əsasən, uşaq doğularkən ailələrə birdəfəlik 109 manat müavinət verilir.



Məsələ ilə bağlı Yeniavaz.com saytı millət vəkillərindən münasibət almaqda davam edir. Milli Məclisin deputatı, professor Fəzail İbrahimli saytımıza açıqlamasında deyib ki, uşaq pulunun bərpası hər bir kəsin ürəyincə olar.
Fəzail İbrahimlinin sözlərinə görə, uşaq pulu verilərsə, ailələr daha rahat yaşayar: "Hər bir Azərbaycan vətəndaşının Milli Məclisə müraciət hüququ var. Həmin gənc ailə başçıları da bu hüquqdan istifadə ediblər. Aidiyyəti qurumlar buna müsbət cavab versə, hər bir kəsin ürəyindən olar".
Deputat bu məsələyə laqeyid münasibət olmayacağına inandığını deyib: "Dövlətimizin də buna imkanı var. Təbii ki, uşaq pulu verilərsə, ailə daha rahat yaşayar. Dövlətimizin də siyasəti budur ki, neft amilini insan amilinə çevirək. Güman edirəm buna laqeyid münasibət olmayacaq. Yəqin ki, nəticəsi olar".
Milli Məclisin deputatı, tarixçi Musa Qasımlı Yeniavaz.com-a deyib ki, aylıq uşaq pulunun bərpası ailələrin sosial vəziyyətinin yaxşılaşmasına kömək edər: "Hesab edirəm ki, uşaq pulunun bərpası, uşaq pulunun verilməsi faydalı olar. Bu, ölkəmizdə demoqrafik inkişafa kömək göstərər, həm də ailələrin sosial vəziyyətinin yaxşılaşmasına kömək edər".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler