» » Azərbaycanda 950-dək partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycanda 950-dək partlamamış hərbi sursat zərərsizləşdirilib

Bölmə: Sosial
Azərbaycanda 950-dək partlamamış hərbi sursat zərərsizləşdirilib
Oktyabrda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Biləsuvar, Cəbrayıl, Daşkəsən, Füzuli, Qaradağ, Qax, Qazax, Salyan, Tərtər, Xızı, Xocavənd rayonlarında, Bakı və Gəncə şəhərlərində 451 min 263 kvadratmetr ərazi yoxlanılıb. Ay ərzində 948 ədəd partlamamış hərbi sursat və piyada əleyhinə bir mina aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA-dan Xalqinfo.az-a verilən məlumata görə, əməliyyatlara 482 nəfərlik əməliyyat heyəti, 135 nəfərlik inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb olunub.

İndiyədək cəmi 531 milyon 64 min 537 kvadratmetr ərazi təmizlənib, 800 min 592 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

Ötən ay Daxili İşlər Nazirliyinin “102-Zəng mərkəzi” xidmətindən 19, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 9 və Dövlət Sərhəd Xidmətindən 3 müraciət daxil olub. Müraciətlər əsasında 29 min 210 kvadratmetr ərazi təmizlənib, 418 ədəd partlamamış hərbi sursat və piyada əleyhinə bir mina aşkarlanaraq Agentliyin mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilib.

Oktyabrda Tərtər rayonunda bir mina hadisəsi qeydə alınıb. Nəticədə Həsənov Azad Kamandar oğlunun sol ayağı dizdən aşağı amputasiya olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler