» » Təhsil Nazirliyindən Aqil Abbasa cavab:

Təhsil Nazirliyindən Aqil Abbasa cavab: "Ən təəssüfedici odur ki, millət vəkili..."

Bölmə: Sosial
Təhsil Nazirliyindən Aqil Abbasa cavab:
Millət vəkili Aqil Abbas bu gün Milli Məclisdə çıxışı zamanı məktəb dərsliklərində problemlərlə bağlı bəzi iradlarını bildirib.

Xalqinfo.az xəbər verir ki, Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdiri Elvin Rüstəmov report-a bildirib ki, millət vəkili Aqil Abbasın qeyd etdiyi fikirlər heç bir məktəb dərsliyində yer almayıb: "Ən təəssüfedici odur ki, millət vəkili dərsliklərlə bağlı ittihamları hər-hansı araşdırma aparmadan irəli sürür. Bir daha bildirmək istərdik ki, dərslik tərtibatı çoxsaylı mərhələlərdən keçir. Dərslik layihələri çapdan öncə ən azı 6 ay ictimai müzakirəyə çıxarılır. Bu müzakirələrin nəticəsi olaraq, irad və təkliflər diqqətlə araşdırılaraq yekun variantda əks olunur. Ancaq təəssüf ki, hörmətli yazıçımız Aqil Abbasın indiyədək ictimai müzakirəyə çıxarılan dərsliklərlə bağlı hər hansı təklifinə və iradına rast gəlməmişik".

E.Rüstəmov qeyd edib ki, Təhsil Nazirliyi dərsliklərin keyfiyyətinin qüsursuz olmasında ən maraqlı tərəfdir və bu istiqamətdə peşəkarcasına edilən hər bir tənqid və iradın nəzərə alınması üçün əməkdaşlığa hazırdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler