Rövşən Rzayev məcburi köçkünlərlə görüşdüBölmə: Sosial
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib. Xalqinfo.az xəbər verir ki, qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak edib. Məcburi köçkünlər fərdi qaydada qəbul edilib və onların müraciətləri dinlənilib. Onlar, əsasən, mənzil, status, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, kommunal xidmətlər və digər məsələlərlə bağlı müraciət edib. Məlumat verilib ki, məcburi köçkünlərlə bağlı məsələ Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biridir. Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi və mənzil şəraitinin yaxşılaşdırılması üçün layihələr uğurla icra edilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır və ən qəzalı şəraitdə yaşayan məcburi köçkünlərlə bağlı aparılan işin sürətləndirilməsi üçün tapşırıq verib. Həyata keçirilən tədbirlər məcburi köçkünlərin dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Qəbulda iştirak edən məcburi köçkünlərin müraciətləri müvafiq qaydada qeydə alınıb. Müraciətlərin hər biri ayrı-ayrılıqda araşdırılacaq və qanuna uyğun tədbirlər görüləcəkdir. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|