» » Hər məktəb özü vahid formanı müəyyənləşdirə bilər

Hər məktəb özü vahid formanı müəyyənləşdirə bilər

Bölmə: Sosial
Hər məktəb özü vahid formanı müəyyənləşdirə bilər
Xarici ölkələrdə hər bir təhsil müəssisəsinin xüsusi məktəbli forması var.

Xalqinfo.az xəbər verir ki, Azərbaycanda da özəl məktəblərin çoxalması ilə bu tendendiya müşahidə olunmağa başlayıb.

Dünya Məktəbi, Akademik Zərifə Əliyeva adına lisey, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, Avropa Azərbaycan Məktəbi, 132-134 nömrəli Təhsil Kompleksi, 20 saylı məktəb-liseydə şagirdlər xüsusi məktəbli forması geyinirlər.

Dövlət məktəblərinin əksəriyyətində isə formalar heç bir xüsusiliyi ilə seçilmir. Şagirdlərin məktəbli forması ağ köynək, qara, ya da boz şalvardan (yubkadan) ibarət standart dəstdir.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, ölkəmizdə ümumtəhsil məktəblərində şagirdlər üçün vahid formada məktəbli geyiminin tətbiqi təhsil sistemində mütərəqqi ənənələrdən biri olub:

“Maddi imkanlarından asılı olmayaraq, bütün şagirdlərin məktəbə eyni geyimdə gəlməsi sosial bərabərliyin real nümunələrindən biridir. Ölkəmizdə və xarici ölkələrin bu sahədəki təcrübəsi göstərir ki, məktəbli forması təhsil aldıqları müəssisədə, eyni zamanda, ictimai həyatda şagirdlərin öz fəaliyyətlərinə və davranışlarına məsuliyyətlə yanaşmalarında, bütövlükdə məktəbin nüfuzunun qaldırılmasında əhəmiyyətli rol oynayır”.

"Məktəb direktoru valideynlərdən forma almağı tələb edə bilməz" - Nazirlik

Kamran Əsədov qeyd edib ki, bu gün ölkəmizdə fəaliyyət göstərən 4472 orta məktəbdə təhsil alan 1.6 milyon şagirdin hər biri vahid məktəbli forması geyinirlər:

“Amma bu, o demək deyil ki, bütün məktəblər eyni məktəbli formasında istifadə etməlidir. Hər bir məktəbin pedaqoji şurası qərar qəbul edib istədikləri dizaynda forma müəyyən edə bilərlər. Yəni ayrı-ayrı məktəblər üçün material və dizayn baxımından fərqli geyim formasının mövcud olması mümkündür və bu barədə məhdudiyyət yoxdur.

Bir vacib məqamı qeyd edim ki, məktəbli formasının tətbiqi barədə tədbirlər hər bir məktəb üzrə bilavasitə valideyn komitəsinin, məktəb-valideyn assosiasiyasının, şagird özünüidarə təşkilatının iştirakı ilə müzakirə edilib müvafiq qərara gəlindikdən sonra qəbul edilə bilər. Heç bir məktəb rəhbəri bununla bağlı təkbaşına qərar qəbul edə bilməz”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler