» » Norveçdən Azərbaycan təhsilinə 16 milyonluq

Norveçdən Azərbaycan təhsilinə 16 milyonluq Qrant

Bölmə: Sosial
Norveçdən Azərbaycan təhsilinə 16 milyonluqTəhsil Nazirliyi ilə Norveçin Roqaland Təlim və Təhsil Mərkəzi Fondu arasında “Azərbaycanda peşə təhsili və təliminin inkişafı və gücləndirilməsi” haqqında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.

Xalqinfo.az bildirir ki, Təhsil Nazirliyindən lent.az-a verilən məlumata görə, memorandumu təhsil naziri Mikayıl Cabbarov və Roqaland Təlim və Təhsil Mərkəzi Fondunun icraçı direktoru Kent Terje İngebretsen imzalayıblar.

Memorandumun imzalanmasında məqsəd Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş milli strategiyalar əsasında Azərbaycanda peşə təhsili və təlimi (PTT) sisteminin inkişafına töhfə vermək, müasir peşə təhsili və təlimi sisteminin tələblərinə uyğun olaraq məzmunun, eləcə də metodikanın, infrastrukturun yaradılmasına kömək göstərməkdən ibarətdir.

Layihənin prioritet istiqamətləri peşə təlimi üzrə işləyən müəllim və rəhbər heyətin bacarıqlarının artırılması, peşə təhsili və təliminin məzmununun yenilənməsi, kurikulumların hazırlanması və təkmilləşdirilməsidir. Layihə çərçivəsində həmçinin müvafiq qurumlar, ilk peşə-ixtisas təhsili və sənaye müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, işəgötürənlərlə PTT müəssisələri arasında əlaqələrinin gücləndirilməsini təmin edən qanunvericiliyin yaradılması üzrə silsilə tədbirlər də həyata keçiriləcək.

Qeyd edək ki, Roqaland Təlim və Təhsil Mərkəzinə Azərbaycanda PTT sisteminin inkişaf etdirilməsi və gücləndirilməsi məqsədilə Norveç Xarici İşlər Nazirliyi tərəfindən 15,9 milyon Norveç kronu məbləğində qrant ayrılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler