» » "Belə övladdan cəmiyyətin gələcəyi üçün nəsə gözləməyə dəyməz"-

"Belə övladdan cəmiyyətin gələcəyi üçün nəsə gözləməyə dəyməz"- Hadı Rəcəbli

Bölmə: Sosial
"Belə övladdan cəmiyyətin gələcəyi üçün nəsə gözləməyə dəyməz"-“Azərbaycan “Uşaq Hüquqları konvensiyası”na qoşulan ilk gündən qaçqın və məcburi köçkün uşaqlar problemi ilə üz-üzə qalıb”
Xalqinfo.az trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentdə “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.

Bu problemi Azərbaycana qarşı qərəzli mövqe tutan bəzi beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in diqqətinə çatdırmaq istədiyini bildirən komitə sədri qeyd edib ki, dövlətin qayğısı nəticəsində bu uşaqların həyat şəraiti qismən yaxşılaşıb: “Qaçqınlıq dövrünü yaşayan həmin uşaqlar artıq böyüyərək ailə qurur və uşaq dünyaya gətirirlər. Bu da o deməkdir ki, Azərbaycanda qaçqın-köçkün uşaqların sayı daha da artır. Bu uşaqlar da psixoloji olaraq, həmin problemləri yaşayırlar. Mən UNİCEF-in və digər beynəlxalq təşkilatların da diqqətini bu məsələyə yönəldirəm”.

Azərbaycan parlamentində nikah yaşının artırılaraq 18 yaşa çatdırılması ilə bağlı qanunun qəbul edildiyini xatırladan H.Rəcəbli vurğulayıb ki, azyaşlı uşaqların qurduğu ailədən və dünyaya gətirəcəyi övladdan cəmiyyətin gələcəyi üçün nəsə gözləməyə dəyməz: “Bu ciddi və həlli vacib olan problemlərdən biridir. Artıq bu problemin qismən həll olunmasına, bununla da xəstə uşaqların dünyaya gəlməsinin qarşısının qismən alınmasına nail olmuşuq. Biz bir sıra genetik xəstəliklərin qarşısının alınması üçün Ailə Məcəlləsinə bəzi düzəlişlər etmişik”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler