» » Bakıdakı qadın həbsxanası sifarişlə işləyəcək -

Bakıdakı qadın həbsxanası sifarişlə işləyəcək - FOTO

Bölmə: Sosial
Bakıdakı qadın həbsxanası sifarişlə işləyəcək - Bakıdakı qadın həbsxanası xalça istehsalı üçün sifarişlər qəbul edəcək
Xalqinfo.az bildirir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən trend-ə verilən məlumata görə, Penitensiar xidmət tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mövcud imkanlar hesabına istehsal edilən məhsullarının çeşidinin artırılmasına da səy göstərilir.

Bu sahədə növbəti addım istehsalat sahəsi formalaşmaqda olan 11 saylı cəzaçəkmə müəssisəsində atılıb. Belə ki, burada xalça toxunuşunda istifadə olunan, xüsusi tələblərə cavab verən xanaların istehsalına başlanılıb.

Xanalardan 4 saylı cəzaçəkmə müəssisəsində mövcud olan xalça sexində istifadə olunması və eləcə də müvafiq istehsalla məşğul olan digər müəssisələrdən sifarişlər qəbul edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 4 saylı cəzaçəkmə müəssisəsində qadın məhkumlar saxlanılır

Bakıdakı qadın həbsxanası sifarişlə işləyəcək - Bakıdakı qadın həbsxanası sifarişlə işləyəcək -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler